Dronlar Rusiyanın "Kölgə Donanması"nın iki tankerinə zərbələr endirib
Ukrayna Təhlükəsizlik Xidməti Hərbi Dəniz Qüvvələri ilə birlikdə Qara dənizdə Rusiya "Kölgə Donanması"nın iki tankerini vurub.
Oxuməni.az xəbər verir ki, bu barədəUkrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir. Məlumata görə 16 iyulda dəniz dronları Ukrayna sanksiyaları altında olan "Luiza 1" və "Banda" gəmilərinə zərbələr endirib.
Təhlükəsizlik xidməti qeyd edib ki, G7 və AB neft embarqosu tətbiq edildikdən sonra"Luiza 1" gəmisi Rusiyanın Urals xam neftinin daşınması üçün istifadə olunub. SBU-nun məlumatına görə, təkcə 2026-cı ildə tanker təxminən 3 milyon ton neft daşıyıb və bu zaman onlar avtomatik identifikasiya sistemini söndürüblər.
SBU-nun məlumatına görə, "Banda" tankeri həmçinin Ust-Luqa, Kerç, Novorossiysk və Naxodka limanlarından Rusiya xam neftini daşıyıb.
SBU əməliyyat zamanı Rusiya təyyarələrinin dəniz dronlarını məhv etməyə cəhd etdiyini bildirib. Agentlik bildirib ki, "Düşmən təyyarələri onları hədəf almağa çalışıb: onlar pulemyotlardan atəş açıb və bombalar atıblar, lakin heç bir nəticə verməyib".
Təhlükəsizlik xidməti bu cür əməliyyatların Rusiyanın neft ixracından əldə etdiyi gəliri azaltmağa yönəldiyini vurğuladı. "Kölgə donanmasına" qarşı hər bir zərbə Rusiyanın təcavüzünü davam etdirmək qabiliyyətinə birbaşa zərbədir", - deyə SBU vurğuladı.
Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya FSB sərhəd gözətçi gəmisi "İzumrud"u məhv etmişdi. Bu gəmi 2018-ci ilin noyabr ayında Kerç boğazında Ukrayna hərbi gəmilərinə hücumda iştirak etmişdi və Rusiya ukraynalı dənizçiləri əsir götürmüşdü.
Əziz MUSTAFA
































.jpg)

.jpg)


.jpg)













































