Hollandiya hökuməti Kərim Xanın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən uzaqlaşdırılmasını dəstəkləyəcək

Hollandiya hökuməti Kərim Xanın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən uzaqlaşdırılmasını dəstəkləyəcək

07:55
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanın cinsi təcavüz işində vəzifəsindən uzaqlaşdırılması üçün səsvermə planlarını açıqladı. Oxuməni. az-ın yaydığı məlumata görə, bu barədə Reutersin verdiyi xəbərdə deyilir.

Qərarın gələn həftə məhkəmənin 125 üzv dövlətinin xüsusi iclasında qəbul edilməsi planlaşdırılır. Xan onun vəzifədən azad edilməsi qərarını əsassız və qanunsuz adlandırıb.

Xatırladaq ki, 8 iyunda BCM-in Roma Statutuna Tərəf Dövlətlər Assambleyasının Bürosu Xanın vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılması barədə qərar qəbul edib. Aydınlaşdırılıb ki, bu tədbirlər prokurorun işi üzrə yekun qərar deyil.

9 iyunda Associated Press agentliyi prokurorla bağlı istintaqın "ciddi qanun pozuntusu" və "vəzifə səlahiyyətlərini ciddi şəkildə yerinə yetirməməsi" kimi dəlillər aşkar etdiyini bildirdi. Reuters daha sonra bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsi rəhbərliyi Xanın uyğunsuz davranışına görə vəzifəsindən azad edilməsini tövsiyə edib.

Əziz Mustafa