Yaponiya imperator ailəsinin qadın üzvləri taxt-tac hüququ almayacaqlar
Cümə günü Yaponiya parlamenti imperator taxtının varislik qaydasını müəyyən edən "İmperator evi haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini təsdiqləyib. Oxuməni. az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Düzəlişlər imperator ailəsinə 15 yaşından yuxarı uzaq kişi qohumlarını övladlığa götürməyə imkan verəcək və onların gələcək oğulları taxt-taca varislik hüququ qazanacaqlar. Bundan əlavə, şahzadələrə sülaləyə mənsub olmayan şəxslərlə evləndikdən sonra imperator ailəsinin üzvü statusunu saxlamağa icazə veriləcək.
Bununla belə, imperator Naruhitonun 24 yaşlı qızı şahzadə Aikonun populyarlığına və imperator sülaləsinin varislərinin sayının azalması ilə bağlı narahatlıqlara baxmayaraq, qadınların imperator olması qadağası qüvvədə qalır. Mövcud qaydalara görə, Naruhitodan sonra taxt onun kiçik qardaşı, 60 yaşlı vəliəhd şahzadə Fumihitoya, daha sonra isə 19 yaşlı qardaşı oğlu şahzadə Hisahitoya keçəcək.
Qanuna gələcəkdə əlavə düzəlişlər edilməzsə, Hisahitonun oğlu olmadığı təqdirdə mövcud varislik xətti kəsiləcək.
Taxt-taca yalnız kişilərin varislik etməsi qanunu 1889-cu il "İmperator evi haqqında" qanuna əsaslanır; həmin qanuna görə, yalnız sülalənin kişi xəttindən olan şəxs imperator ola bilərdi. Bu müddəalar 1947-ci ildə yenilənmiş qanunda da saxlanılıb. Yeni düzəliş 1949-cu ildən bəri qanunun əsas mətninə edilən ilk dəyişiklikdir.
Yaponiyanın "Mainichi Shimbun" qəzetinin martın sonunda keçirdiyi ümummilli sorğu göstərib ki, respondentlərin 61%-i qadın imperator ideyasını dəstəkləyir, 9%-i isə buna qarşı çıxıb. İyunun 20-dən 21-dək 2000-dən çox insanın iştirak etdiyi digər bir sorğu isə 73%-in qadın imperatorun lehinə olduğunu göstərib.
Buna baxmayaraq, Yaponiyadakı bir sıra mühafizəkar siyasətçilər, o cümlədən ölkənin ilk qadın baş naziri Sanae Takaiçi qadınların taxt-taca varislik etməsinə qarşı çıxmağa davam edirlər.
Almaz Həsənli

























































.jpg)

.jpg)


.jpg)




















