Dron hücumlarından sonra Rusiyada üç neft anbarı yanır
19 iyul gecəsi baş verən dron hücumlarından dan sonra Stavropol və ətraf ərazilərdə ən azı üç neft anbarında partlayışlar eşidilib, yanğın başlayıb..
Ukrayna Silahlı Qüvvələrinə məxsus dronların hücumundan sonra Stavropol və ətraf ərazilərdə üç neft anbarı yanır..
Yerli hakimiyyət orqanları dron hücumlarından sonra şəhərin yaxınlığındakı iki sənaye zonasında üç yanğının olduğunu təsdiqləyib.
Yanğınlardan birinin "Rosneft"in törəmə şirkətinə məxsus Vyazniki kəndindəki neft anbarında baş verdiyi məlum olub. Digər yanğın isə neft məhsulları emal edən şirkətlərin qeydiyyatdan keçdiyi Promışlennaya küçəsindəki sənaye zonasında baş verib.
Analitiklər həmçinin "LUKOIL-Yugnefteprodukt" şirkətinə məxsus Stavropol neft anbarına da ziyan dəydiyini bildiriblər. Yanğın baş verən obyektə benzin, dizel yanacağı və sürtkü yağları üçün saxlama çənləri daxildir.
Yanğınla əlaqədar Stavropol diyarında yerli fövqəladə vəziyyət elan edilib. Vilayət qubernatoru ölən və ya xəsarət alan olmadığını bildirib.
Əziz Mustafa


















































































