Rusiya mülki taxıl gəmisinə qanadlı raketlərlə hücum etdi, 5 nəfər həlak oldu
Qara dənizdə Rusiya qüvvələri üç qanadlı raketlə taxıl daşıyan mülki yük daşıyıcısına hücum etdi. Zərbə nəticəsində ən azı beş nəfər həlak oldu.
Bu barədə Oxuməni.az Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Hücumda Qvineya-Bisau bayrağı altında üzən və bir türk şirkətinə məxsus olan GOLDEN LEO yük daşıyıcısı zərər görüb.
Zərbə zamanı gəmi döyüş zonasından taxıl yükü ilə çıxırdı.
Ruslar gəmiyə üç X-59/X-69 qanadlı raketə zərbə endiriblər. Raket üst quruluşun sağ tərəfinə dəydi və gəmidə yanğına səbəb oldu.
Zərbə nəticəsində beş nəfər həlak olub. Daha beş heyət üzvünün taleyi məlum deyil; axtarış davam edir. Son məlumata görə, səkkiz dənizçi Odessadakı xəstəxanaya təxliyə edilib. Ukrayna Hərbi Dəniz Qüvvələri və Dəniz Axtarış və Xilasetmə Xidməti yardım göstərmək üçün çağırılıb.
Ukrayna Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, bu, Rusiya Federasiyasının xarici bayrağı altında silahsız mülki gəmiyə ilk hədəf hücumu deyil.
Ukrayna belə hesab edir ki, bu, heç bir hərbi təhlükə yaratmayan xarici bayraq altında üzən silahsız mülki gəmiyə daha bir xain hücumudur. Hücum dinc gəmiçiliyə qarşı terror aktı və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Əziz Mustafa



















































































