ABŞ İranla tammiqyaslı müharibəyə hazırlaşır, - WP
ABŞ və İran arasında münasibətlər tammiqyaslı münaqişəyə doğru dəyişib. Bu, mülki və hərbi hədəflərə hücumların artması, eləcə də üç Amerika əsgərinin ölümü ilə əlaqədardır.
ABŞ prezidenti Donald Tramp ilk iki ölüm hadisəsini "çox kədərli bir hadisə" adlandırdı və NewsNation-a verdiyi müsahibədə İranın artıq ikitərəfli anlaşma memorandumuna "əhəmiyyət vermədiyini" söylədi.
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə The Washington Post qəzetinin verdiyi xəbərdə deyilir.
"ABŞ daha böyük bir müharibə planlaşdırır", - deyə ABŞ rəsmisi WP-yə bildirib və əlavə edib ki, Pentaqon bölgədəki hərbi təyyarələrin sayını artırır
Rəsmi bununla belə əlavə edib ki, "Əməliyyatları təhlükəsiz şəkildə dəstəkləmək üçün resurslarımız yoxdur və düşünürəm ki, Ağ Evdə bunu başa düşürlər".
Əziz MUSTAFA



















































































