Rusiyanın ən böyük "yaşıl" anbar kompleksi Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra yanğına məruz qalıb

Rusiyanın ən böyük "yaşıl" anbar kompleksi Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra yanğına məruz qalıb

20 İyul 15:15
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiyanın ən böyük "yaşıl" anbar kompleksi hesab edilən Domodedovodakı "Yujnıe Vorota" sənaye parkı Ukrayna Silahlı Qüvvələrinin dronlarının hücumu nəticəsində yanğına məruz qalıb.

Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə şəhər rayonunun rəhbəri Yevgeniya Xrustaleva özünün Telegram kanalında məlumat verib.

"Yanğın lokallaşdırılıb və söndürmə işləri davam edir", - Xrustaleva yazıb.

Onun sözlərinə görə, dronlardan biri Kurıjova küçəsindəki mənzil binasının son mərtəbəsinə düşərək binanın fasadına zərər vurub. Rəsmi şəxs həmçinin bildirib ki, fərdi evdə baş verən yanğında bir nəfər, M-4 şossesində isə dron avtomobilin yanına düşdüyü yerdə baş verən yanğında isə digər nəfər xəsarət alıb.

Ukrayna Silahlı Qüvvələri 20 iyul gecəsi Domodedovoya hücum etdi. Xrustaleva bildirib ki, hücum nəticəsində rayonun altı sakini yaralanıb və xəstəxanaya yerləşdirilib.

Əziz MUSTAFA