Müharibə başlayacağı təqdirdə Britaniya Ordusu Putinin doğulduğu şəhərə zərbələr endirəcək

Müharibə başlayacağı təqdirdə Britaniya Ordusu Putinin doğulduğu şəhərə zərbələr endirəcək

20 İyul 15:46
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya qoşunları diktator Vladimir Putinin doğulduğu Rusiyanın Sankt-Peterburq şəhərinə zərbələr endirməyi məşq edib.

Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədəThe Sun-un verdiyi xəbərdə deyilir. Britaniya Ordusu NATO üzvü olaraq Rusiya ilə müharibə başlayacağı halda rusların strateji obyektlərinə zərbələr endirməyi planlaşdırıb.

Hərbi təlimlərin bir hissəsi olaraq Britaniya ordusu ən son Nyan reaktiv dronlarından istifadə edib.
Britaniya ordusunun məlumatına görə, bu dronlar hədəfi 250 km məsafədə məhv edir.

Onların əsas məqsədi neft anbarları, sursat anbarları və düşmənin hərbi komandanlıq məntəqələri kimi hədəfləri sıradan çıxarmaqdır.

Yeri gəlmişkən deyək ki, hərbi təlimlər də Sankt-Peterburqdan təxminən 250 km məsafədə yerləşən Tapa bazasında keçirilib. Məlum olduğu kimi, strateji əhəmiyyətli Rusiya dəniz bazası olan Kronştadt və Levaşovo hərbi aerodromu bu bölgədə yerləşir.

"Təlimlər zamanı Nyan dronunun buradan Sankt-Peterburqa uça biləcəyini yoxladıq. Hər şey düşmənin hava hücumundan və elektron müharibəsindən asılıdır ki, bu da bizim necə manevr etməli olacağımıza təsir göstərir", - deyə Britaniya hərbi zabitlərindən biri deyib.

Əziz MUSTAFA