Tramp ABŞ-ın 250 illiyi münasibətilə 6 minə yaxın əfv ərizəsini rədd edib

Tramp ABŞ-ın 250 illiyi münasibətilə 6 minə yaxın əfv ərizəsini rədd edib

12:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentinin administrasiyası iyulun əvvəlində 6 minə yaxın əfv və cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciəti rədd edib. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Prokurorlara göndərilən imtina bildirişləri iyulun 14-ü tarixi ilə rəsmiləşdirilib. Ölkənin 250 illiyi şərəfinə bu rəqəmlə simvolik uyğunluq təşkil edən genişmiqyaslı amnistiyanın gözlənildiyi halda, iyulun 4-də prezident 20-dən az şəxsi əfv edib.

Ədliyyə Nazirliyinin saytında dərc olunan siyahılarda cəzasının yüngülləşdirilməsinə rədd cavabı alan 5,6 mindən çox, əfv olunmasına rədd cavabı alan isə 300-dən çox şəxsin adı var. Ağ Evin nümayəndəsi bildirib ki, 250 nəfərin əfv edilməsi ilə bağlı heç bir plan olmayıb, bu, yalnız köməkçilər tərəfindən irəli sürülən bir ideya olub.

Qanunvericilik norması prezidentə vəsatətləri şəxsən baxmadan rədd etməyə imkan verir, buna görə də Trampın bu işləri özünün araşdırıb-araşdırmadığı məlum deyil.

Almaz Həsənli