Tramp İnfantinonu BMT-nin baş katibi vəzifəsinə irəli sürmək qərarına gəlib
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinonun namizədliyini Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə irəli sürmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə "New York Post" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Tramp İnfantinonun ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatı zamanı gördüyü işlərə heyran qalıb və isveçrəlinin "insanları birləşdirmək qabiliyyətinə" malik olduğunu vurğulayıb. İnfantino isə öz növbəsində, "Trampı heyran etmək" və onu 2026-cı il dünya çempionatına cəlb etmək üçün "əlindən gələni edib".
BMT-nin yeni baş katibinin seçkiləri bu il keçiriləcək. Hazırda bu vəzifəni portuqaliyalı Antoniu Quterreş tutur.
Almaz Həsənli

















.jpg)

































































