Rusiyanın hər hansı yeni sülh təşəbbüsünə reaksiyası onun maraqlarına xidmət edib-etməməsindən asılı olacaq
Kreml ABŞ və Ukrayna arasında hava hücumlarının mümkün dayandırılması ilə bağlı müzakirələr barədə məlumatlarla bağlı hər hansı bir şərhi "vaxtından əvvəl" hesab edir.
Oxuməni.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bunu bildirib.
Kreml sözçüsü hava hücumlarının dayandırılması ilə bağlı mümkün razılaşma ilə bağlı media xəbərlərini sadəcə "qəzet xəbərləri" adlandırıb.
Onun sözlərinə görə, Rusiyanın hər hansı yeni sülh təşəbbüsünə reaksiyası onun maraqlarına xidmət edib-etməməsindən asılı olacaq.
"Bəzi yeni formulların mümkün ola biləcəyi barədə açıqlamalar eşitmişik. Hələ də onlar haqqında daha çox məlumat əldə etməliyik", - deyə Peskov əlavə edib.
Bundan əlavə, Kreml Amerika danışıqları aparanlarla dialoq kanallarını davam etdirdiyini təsdiqlədi.
Əziz Mustafa



















































































