Tramp hava hücumundan müdafiə çatışmazlığına görə İrana hücumları dayandırıb

Tramp hava hücumundan müdafiə çatışmazlığına görə İrana hücumları dayandırıb

07:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, əsasən Patriot tutucu raket ehtiyatlarının tükənməsi səbəbindən İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı təxirə salıb.

Oxuməni.az bu barədə The Wall Street Journal-a istinadən məlumat verib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiklərinin fikrincə, İranla müharibənin başlanğıcından bəri ən azı 1500 Patriot tutucu raketi xərclənib və ABŞ-da 1000-dən az raket qalıb.

"Sursat ehtiyatlarının azalması qısamüddətli risk yaradıb. Çin kimi güclü bir düşmənə qarşı müharibə sursatı bu müharibədən xeyli sürətli şəkildə tükəndirəcək", - analitiklər aprel ayında dərc olunmuş hesabatda xəbərdarlıq ediblər.

Bu arada, Ağ Ev bildirib ki, "Patriot" və "Thaad" raket xərcləri ilə bağlı yenilənmiş məlumatların dərc olunması, məhz istifadə edilən çox sayda tutucuya görə milli təhlükəsizliyə təhdid yaradacaq.

Cümə günü ABŞ ordusu İrana qarşı iki həftəyə qədər davam edən intensiv hücumlar seriyasına hazır idi. Bunun ardınca qeyd edilib ki, tərəflər arasında danışıqlara hazırlıq prosesi getdiyi üçün əməliyyat rdiplomatik səbəblərdən dayandırılıb. Daha sonra məlum olub ki, əslində hücumların dayandırılması hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinə görə olub.

Əziz Mustafa