Tehran Pakistana ABŞ ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib
İran Tehran və Vaşinqton arasında vasitəçi qismində çıxış edən Pakistana ABŞ nümayəndələri ilə əlaqəni kəsmədiyini, yalnız danışıqlar prosesini müvəqqəti dayandırdığını bildirib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
Telekanalın mənbələri bildirib: "İran Pakistan hakimiyyətinə danışıqlardan çıxmadığını, sadəcə onları dayandırdığını çatdırıb".
Mənbələrin məlumatına görə, Tehran hesab edir ki, danışıqlar ABŞ ilə əvvəllər əldə edilmiş anlaşma memorandumu əsasında davam etdirilməlidir.
Mənbələr həmçinin iddia edirlər ki, İran əvvəlcə Hörmüz boğazı ətrafındakı vəziyyəti, sonra dondurulmuş aktivlərin blokdan çıxarılmasını, daha sonra isə nüvə proqramını müzakirə etməyi təklif edir.
Daha əvvəl "The Wall Street Journal" qəzeti İran və ABŞ arasındakı münaqişənin bir neçə ay uzana biləcəyini yazıb.
Almaz Həsənli



















































































