Britaniyada "Odisseya" filminin nümayişindən sonra yunan dilini öyrənmək üçün internet sorğuları 550% artıb
Kristofer Nolanın "Odisseya" filminin nümayişindən sonra Britaniya istifadəçilərinin Google-da "yunan dilini öyrənmək" sorğuları 550% artıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" qəzeti dil öyrənmə platforması "Preply"-nin hesablamalarına istinadən məlumat yayıb. Bununla da bu cür axtarış sorğularının sayı təxminən 6 minə çatıb.
"Preply"-nin dil tendensiyaları üzrə eksperti Madlen Enos qeyd edib ki, filmlər dillərə marağı artıra bilər, çünki onlar danışılan hekayə ilə emosional bağ yaradır. "İnsan istər Homerin dilinə, istərsə də müasir yunan dilinə maraq göstərsin, bu ilkin maraq alovu Yunanıstanın dil və mədəni irsinin daha dərindən dərk edilməsinə gətirib çıxara bilər", - deyə o bildirib.
"The Times" həmçinin yazır ki, cari ildə kitab mağazalarında Homerin "Odisseya" əsərinin satışı 70% artaraq 40 min nüsxəyə çatıb. Filmin nümayişindən əvvəlki həftə ərzində isə demək olar ki, 5 min kitab satılıb.
"Odisseya" nümayişinin ilk həftəsonunda təxminən 264 milyon dollar, o cümlədən Böyük Britaniyada 17 milyon dollardan çox gəlir əldə edib.
Almaz Həsənli


















































































