Ukrayna Silahlı Qüvvələrinin Rostov-na-Dona hücumu nəticəsində ölənlərin sayı artmaqdadır

Ukrayna Silahlı Qüvvələrinin Rostov-na-Dona hücumu nəticəsində ölənlərin sayı artmaqdadır

09:39
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin Rostov-na-Dona hücumu nəticəsində ölənlərin sayı beşə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib. Onun sözlərinə görə, çoxmənzilli binanın dağıntıları altında daha üç cəsəd aşkarlanıb. Yeni qurbanlar iki böyük və bir uşaq olub.

Əvvəllər Proletarski rayonunda dağıntıların təmizlənməsi zamanı evli cütlüyün cəsədləri aşkar edilmişdi.

Əsas zərbə çoxmərtəbəli yaşayış binalarından birinə dəyib, yuxarı mərtəbələr zədələnib. Hazırda binaya giriş qadağandır. Sakinlər qohumlarının evində və müvəqqəti yaşayış mərkəzində qalırlar.

Ümumilikdə, Rusiya bölgəsinin paytaxtında dron qalıqlarının düşməsi nəticəsində üç çoxmənzilli bina, 17 fərdi ev və 19 avtomobil zədələnib.

Dron zərbələrinə məruz qalan ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Əziz Mustafa