Putinin Mətbuat Katibinin həyat yoldaşı Tatyana Navka Avropa Birliyini məhkəməyə verib
Kremlin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka Avropa Birliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalara etiraz olaraq iddia qaldırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir.
AB Navkanı 2022-ci ilin iyun ayında sanksiya siyahısına əlavə etdi. Peskovun qızı Yelizaveta və oğlu Nikolay da eyni siyahıda idilər. AB-yə giriş qadağası və maliyyə məhdudiyyətlərini əhatə edən sanksiyalar "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətlərlə əlaqədar" tətbiq edilib.
Navka indi Avropa Məhkəməsi vasitəsilə özünə qarşı sanksiyaları ləğv etməyə çalışır.
Navka İddia ərizəsində deyir ki, ona məhdudiyyətlərin tətbiq edilməsi üçün əsaslar düzgün göstərilməyib, qanunun tətbiqində və faktiki halların qiymətləndirilməsində səhvlərə yol verilib və AB onun günahını sübut edə bilməyib".
Peskovun həyat yoldaşı Avropa Birliyi Şurasından maddi ziyana, eləcə də nüfuzuna dəyən ziyana görə, ümumilikdə 2 milyon avrodan çox kompensasiya tələb edir.
Əziz MUSTAFA


















































































