Zelenski Trampla görüşmək üçün ABŞ-a gəlib
Ukrayna Prezidenti Volodimir Zelenski artıq rəsmi səfərlə ABŞ-a gəlib. Oxuməni az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
"Artıq Amerika Birləşmiş Ştatlarındayam. Qrafikdə Prezident Tramp, onun komandası və müdafiəmizi dəstəkləyə biləcək şəxslərlə görüşlər var. Bir nömrəli prioritet antiballistik müdafiə və Amerika ilə strateji əməkdaşlıqdır. Sülh daha yaxın olmalıdır", - deyə Zelenski yazıb.
"Əlbəttə ki, bütün Ukrayna adından Lindsi Qremın xatirəsini ehtiramla yad edəcəyik və Vaşinqtondakı mərasimdə onun Avroatlantika məkanında və dünyanın digər regionlarında təhlükəsizlik və azadlıq naminə göstərdiyi səyləri birgə xatırlayacağıq", - deyə o qeyd edib.
Ukrayna mediasının məlumatına görə, Bakı vaxtı ilə saat 15:30-da Zelenski ABŞ prezidenti ilə Oval kabinetdə qapalı görüş keçirəcək. Danışıqların əsas mövzuları müdafiə sahəsində əməkdaşlıq, Ukraynada "Patriot" sistemləri üçün raket istehsalının işə salınması imkanları, həmçinin Rusiyaya və onun enerji daşıyıcılarını alan dövlətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan Qrem-Blumental qanun layihəsi olacaq.
Almaz Həsənli


















































































