Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin geyinilməsi qanunvericilik səviyyəsində məhdudlaşdırılıb
Tacikistan hakimiyyəti qara rəngli hicabların, saqqalların və ərəb geyimlərinin geyinilməsini qanunvericiliklə qadağan edib və bu cür xarici görünüş elementlərinin milli ənənələrə uyğun olmadığını bəyan edib. Oxuməni. az xəbər verir ki, bu barədə Nuz.uz məlumat yayıb.
Yerli mənbələrin verdiyi məlumata görə, "tacik mədəniyyətinə yad" hesab edilən geyimlərin gətirilməsinə və geyinilməsinə qadağa qoyulmasına xüsusi diqqət yetirilir. İlk növbədə, söhbət qara hicablardan və bəzi ərəb geyimlərindən gedir. Yerli hakimiyyət orqanlarının nümayəndələri şəhər və kənd rayonlarında maarifləndirmə işləri apararaq, qadınları ənənəvi tacik milli geyimlərinə üstünlük verməyə çağırırlar.
Bundan əlavə, KİV-lərin və şahidlərin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dini ekstremizmlə assosiasiya olunan saqqal saxlayan kişilərə qarşı nəzarəti gücləndiriblər. Yoxlamalar, inzibati tədbirlər və saqqalın qırxıldığına dair mütəmadi olaraq təsdiq tələb edilməsi halları barədə məlumatlar var. Rəsmi hakimiyyət bu cür tədbirləri dini radikalizm və ekstremizmlə mübarizə zərurəti ilə izah edir.
Almaz Həsənli


















































































