Rusiya Arktika marşrutu ilə neft daşımağa başlayıb
Rusiya xam neft daşınması üçün Arktika marşrutundan istifadəsini artırıb və bu da Moskvaya yüksək ixrac həcmlərini qorumağa və çatdırılma müddətini azaltmağa imkan verib. Oxuməni.az-ın yaydığı məlumata görə, Bloomberg bu barədə çərşənbə axşamı bildirib.
İlkin məlumatlar göstərir ki, Rusiya neft ixracatı ardıcıl beşinci həftədir ki, gündə 4 milyon bareldən yuxarı qalıb. 26 iyula qədər olan dövrdə daşınma həcmləri gündə təxminən 4,03 milyon barel təşkil edib.
Hazırda ən azı altı tanker Rusiyanın Arktika sahili boyunca Şimal Dəniz Yolundan keçməyə hazırlaşır. Onlardan biri olan "Breeze" artıq buzqıran gəminin dəstəyi ilə Laptev dənizindən keçir. Daha beş gəmi Rusiyanın Dikson limanındadır.
Arktika marşrutu birbaşa Rusiya ixrac həcmini artırmır, lakin tankerlərin yeni yüklər üçün daha tez geri qayıtmasına imkan verir. Bu, həmçinin Yəmənin Husi üsyançılarının hücumları təhlükəsinin qaldığı Qırmızı dənizdən keçmə riskinin qarşısını almağa kömək edir.
Arktikada mövcud aktivlik xeyli artıb. Ötən ilin iyul ayında bu yolla yalnız bir neft tankeri neft daşıyıb, bu il isə artıq altı gəmi marşrutdan istifadə edəcək.
Eyni zamanda, Rusiya yeni neft ixracı istiqamətləri axtarmağa davam edir. Xüsusilə, Misirin Aralıq dənizi neft infrastrukturu daha vacib bir istiqamətə çevrilib. İlin əvvəlindən bəri Mersa əl-Hamra limanına ən azı 15 Rusiya Urals yükü çatdırılıb.
Marşrut dəyişikliklərinə baxmayaraq, Rusiyanın ixrac axınları yüksək olaraq qalır. Təkcə 26 iyulda bitə başa çatan həftə ərzində 39 tanker 28,47 milyon barel Rusiya xam nefti yükləyib. Orta gündəlik ixracat əvvəlki həftədəki 3,86 milyon bareldən 4,07 milyon barelə yüksəlib.
Eyni zamanda, Bloomberg qeyd edir ki, Rusiya neftinin bir hissəsi sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanması" vasitəsilə daşınmağa davam edir.
Əziz Mustafa

.jpg)

















































































