Ryazanda Wildberries anbarı və neft emalı zavodu yanır

Ryazanda Wildberries anbarı və neft emalı zavodu yanır

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

29 iyul çərşənbə günü səhər Rusiyanın Ryazan şəhərinə dron hücumu baş verib. Nəticədə Wildberries anbarında və neft emalı zavodunda partlayışlar qeydə alınıb, yanğın başlayıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə yerli Teleqram kanalının məlumatında deyilir.

Qubernator Pavel Malkov yanğınlardan birini etiraf etsə də, təfərrüatları açıqlamayıb. O, şəhərin böyük dron hücumuna məruz qaldığını bildirib.

"Müəssisələrdən birinin ərazisində yanğın baş verib", - deyə Rusiya rəsmisi qısa şəkildə bəyan edib.

Yerli sakinlərə istinadən bir neçə Telegram kanalı Wildberries anbarında baş verən yanğın barədə məlumat yayıblar. Bəziləri yanğının neft emalı zavodunda da baş verdiyini əlavə edirlər.

Xatırladaq ki, dünən gecə Moskva bölgəsindəki anbar kompleksində böyük bir pilotsuz təyyarə hücumundan sonra böyük bir yanğın baş verdi. OSINT icmalarına görə, yanğına, ehtimal ki, Wildberries logistika mərkəzinə doğru uçan dronları ələ keçirməyə çalışan Rusiya hava hücumundan müdafiə sistemləri səbəb ola bilər.

Əziz MUSTAFA