İran yaxın həftələrdə Çindən 400-ə qədər daşınan zenit-raket kompleksi alacaq
Yaxın həftələrdə Çin İrana QW-12 və FN-16 daxil olmaqla, 400-ə qədər daşınan zenit-raket kompleksi (DZRK) tədarük edəcək. Partiyanın dəyəri 60-70 milyon dollar qiymətləndirilir. Oxuməni az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə məlumatlı üç mənbə bildirib.
Mənbələrin məlumatına görə, DZRK-ların tədarükü ilə bağlı müqavilə İran və Çin təchizatçısı arasında vasitəçi qismində çıxış edən Honq-Konqun "Zhongqing Baoshang International Investment" şirkəti ilə imzalanıb. Tədarük qrafiki, sayı və müqavilənin digər bəzi detalları hələ də dəyişə bilər. "Reuters" yazır ki, belə DZRK-ların əldə edilməsi "İranın yaxın mənzilli hava hücumundan müdafiə vasitələri ehtiyatını əhəmiyyətli dərəcədə genişləndirir və İran ilə Çin arasında hərbi əlaqələrin dərinləşdiyini göstərir".
"Reuters"-in DZRK tədarükü ilə bağlı sorğusuna Çin Xarici İşlər Nazirliyindən cavab olaraq bildirilib ki, "bu xəbərlər tamamilə əsassızdır". Nazirlikdən əlavə ediblər ki, "Çin həmişə sülhün təşviqinə və bu münaqişəyə son qoyulmasına çalışıb".
Almaz Həsənli





.jpg)













































































