Rusiya yenidən Odessa və Çernomorsk limanlarına zərbələr endirib, Ukraynanın taxıl dəhlizi bağlanıb

Rusiya yenidən Odessa və Çernomorsk limanlarına zərbələr endirib, Ukraynanın taxıl dəhlizi bağlanıb

15:31
Bəyəndim (0) Bəyənmədim (0)

29 iyul gecəsi Rusiya qüvvələri Ukraynadakı hədəflərə zərbələr endirməyə davam edib.

Oxuməni.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Nikolayevdəki liman infrastrukturuna, eləcə də Odessa və Çornomorsk limanlarına silah daşıyan iki yükdaşıyan gəmiyə ziyan dəydiyini bildirib.

Nazirliyin məlumatına görə, dronlar Nikolayev Dəniz Ticarət Limanının ərazisinə də zərbələr endirib. Bu zərbələr Ukrayna qoşunları üçün nəzərdə tutulmuş hərbi yük anbarlarına və yanacaq-sürtkü çənlərinə dəyib.

Bundan əlavə, Müdafiə Nazirliyi Odessanın şərqində Odessa və Çornomorsk limanlarına gedən silah və hərbi texnika daşıyan iki yük daşıyıcısının vurulduğunu bildirib.
Bir sıra zərbələrdən sonra hərbi ekspertlər Odessa limanlarına gedən gəmilərin istifadə etdiyi marşrutlarda pozuntular olduğunu bildiriblər.

Bu arada, Ukrayna hərbi analitikləri taxıl ixracı üçün istifadə edilən dəniz yollarının bağlandığı və fəaliyyətini dayandırdığı barədə məlumat veriblər.

Əziz MUSTAFA