Ukrayna dronları Krımda və digər yerlərdə daha 10 elektrik yarımstansiyasına zərbələr endiriblər

Ukrayna dronları Krımda və digər yerlərdə daha 10 elektrik yarımstansiyasına zərbələr endiriblər

18:11
Bəyəndim (1) Bəyənmədim (0)


Ukrayna dronları 28-29 iyul tarixlərində Krımda və Xerson və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində 10 elektrik şəbəkəsinə zərbələr endiriblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert "Madyar" Brovdinin açıqlamasında deyilir.

O, 1-29 iyul tarixləri arasında keçirilən əməliyyat zamanı ümumilikdə 164 enerji hədəfinin vurulduğunu bildirib.

Son iki gündə aşağıdakı yarımstansiyalara zərbələr endirilib:

  • 330 kV-luq Akvilon yarımstansiyası, Kairka, Xerson vilayəti;
  • 220 kV-luq Kairka yarımstansiyası, Kairka, Xerson vilayəti;
  • 330 kV-luq Pervokostyantynivka yarımstansiyası, Xerson vilayəti;
  • 220 kV-luq Feodosiya yarımstansiyası, Feodosiya, Krım Muxtar Respublikası;
  • 220 kV-luq Maryanovka yarımstansiyası, Maryanovka, Krım Muxtar Respublikası;
  • 110 kV-luq Steklo yarımstansiyası, Kerç, Krım Muxtar Respublikası;
  • 110 kV-luq Kerçenskaya yarımstansiyası, Kerç, Krım Muxtar Respublikası;
  • 110 kV-luq Moinaki yarımstansiyası, Yevpatoriya, Krım Muxtar Respublikası;
  • 110 kV-luq Albatros yarımstansiyası, Kerç, Krım Muxtar Respublikası;
  • 110 kV-luq Zaporojye yarımstansiyası, Luqansk vilayəti.

"Biz sona kimi möhkəm dayanacağıq və Rusiyaya qalib gələcəyik. Biz Krımı düşmən işğalından azad edəcəyik və onu bərpa edərək çiçəklənən, inkişaf edən gözəl məkana çevirəcəyik", - deyə Madyar vurğuladı.
Əziz MUSTAFA