Rusiyanın işğalçılıq siyasəti nəticəsində təxminən 4 milyon ukraynalı öz yurd-yuvalarından didərgin düşüb

Rusiyanın işğalçılıq siyasəti nəticəsində təxminən 4 milyon ukraynalı öz yurd-yuvalarından didərgin düşüb

20:11
Bəyəndim (0) Bəyənmədim (0)


2026-cı ilin iyun ayına olan məlumata görə, Ukraynada təxminən 3,9 milyon məcburi köçkün var.

Oxuməni.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, hər on məcburi köçkündən təxminən yeddisi iki ildən çoxdur ki, evlərinə qayıda bilmir. Bundan əlavə, təkcə 2026-cı ilin ilk altı ayında təxminən daha 132.000 nəfər hərbi əməliyyatlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Təhlükəsizlik əksər köçkünlər üçün əsas narahatlıq olaraq qalır. BMqT-nin məlumatlarına görə, respondentlərin 82%-i yalnız hərbi əməliyyatlar bitdikdən sonra evə qayıtmağa hazırdır.

BMqT vurğulayıb ki, təkcə humanitar yardım artıq kifayət deyil. Onlar mənzil, məşğulluq, səhiyyə xidmətlərinə çıxış və digər əsas xidmətlərlə bağlı uzunmüddətli dəstəyə ehtiyac duyurlar.

Əziz MUSTAFA