Penza şəhərindəki "Wildberries" bazarının çeşidləmə mərkəzinə dronlar hücum edib: Güclü yanğın başlayıb
Rusiyanın Penza şəhərindəki"Wildberries" bazarının çeşidləmə mərkəzinə dronlar hücum edərək böyük yanğına səbəb oldu. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Telegram monitorinq kanalı Exilenova+ və Rusiyanın müstəqil nəşri Astra məlumat verib.
Təxminən 90.000 kvadrat metr ərazini əhatə edən "Wildberries" loqistika kompleksinə zərbə endirilib. Obyektin dərc olunmuş koordinatları 53.267317, 44.791081-dir.
Dron zərbələrin nəticəsində çeşidləmə mərkəzinin işçiləri dərhal iş yerindən təxliyə edildi. Hücumdan sonrakı videolar internetdə yayıldı və bu, böyük yanğının baş verdiyini göstərir. Astra-nın məlumatına görə, hücumdan sonra şəhərdə hava hücumu sirenləri səsləndirilib. Penza vilayətinin qubernatoru bölgə sakinlərini raket təhlükəsi barədə xəbərdar edib. Hazırda "Wildberries" loqistika mərkəzində güclü yanğınlar davam edir.
Əziz MUSTAFA
























.jpg)


























































