Pakistanda silahlıların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 15 nəfər ölüb

Pakistanda silahlıların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 15 nəfər ölüb

08:02
Bəyəndim (1) Bəyənmədim (0)


Pakistanın şimalında nəzarət-buraxılış məntəqəsinə edilən hücumda ən azı 15 nəfər həlak olub. Onların arasında yeddi polis əməkdaşı və səkkiz silahlı şübhəli var.

Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə AFP xəbər verib.

Hücum iyulun 29-da sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda baş verib. Rayon polis rəisi Tariq Həbib Geo News-a bildirib ki, daha 22 polis əməkdaşı yaralanıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

AFP qeyd edir ki, bu, son günlər regionda ikinci böyük hücumdur. Ötən cümə günü silahlılar Tank rayonundakı nəzarət-buraxılış məntəqəsinə partlayıcı yüklənmiş avtomobillə hücum ediblər. Daha sonra 15 nəfər ölüb, 12 hücumçu məhv edilib.

“Təhrik-e Taliban Pakistan” qruplaşmasının fəaliyyəti səbəbindən Hayber-Paxtunxva əyalətində vəziyyət gərgin olaraq qalır. İslamabad hücumların artmasını Əfqanıstandan olan yaraqlılarla əlaqələndirir, lakin Kabil ittihamları rədd edir.
Əziz MUSTAFA