Bloomberg: İsrail F-35 qırıcısı nümunəsi əsasında pilotsuz təyyarə hazırlamaq istəyir
İsrail Amerika F-35 qırıcısı ilə müqayisə edilə bilən performansa malik döyüş pilotsuz təyyarəsi hazırlamağı planlaşdırır. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Bloomberg bir mənbəyə istinadən məlumat verib.
Yəhudi dövləti Amerika hərbi yardımını azaltmaq və onu birgə silah inkişafı və istehsalı proqramları ilə əvəz etmək niyyətindədir. Bu plan F-35 qırıcısı ilə müqayisə edilə bilən döyüş pilotsuz təyyarəsinin yaradılmasını nəzərdə tutur. Agentliyin mənbəyi qeyd edib ki, digər ölkələr də onun hazırlanmasında iştirak edə biləcəklər.
Axios-un əvvəllər xəbər verdiyi kimi, İsrailin Baş naziri Benyamin Netanyahu 28 iyulda ABŞ prezidenti Donald Trampla görüşdə bildirib ki, o, 10 il ərzində yəhudi dövlətinə Amerika yardımını sıfıra endirməyi gözləyir.
Əziz MUSTAFA












































.jpg)







































