ABŞ İranda hədəflərə zərbələr endirib
ABŞ hərbçiləri İrandakı hədəflərə yenidən zərbələr endirib. Oxuməni az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Hərbçilərin məlumatına görə, silsilə kütləvi zərbələr "dünən regiondakı Amerika qoşunlarına qarşı edilən raket hücumu cəhdinə cavabdır". CENTCOM-un iddiasına görə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus onlarla obyekt, o cümlədən hərbi komandanlıq mərkəzləri, raket silahları, pilotsuz uçuş aparatları və sahil mühafizəsi ilə bağlı obyektlər vurulub.
CENTCOM-dan bildirilib: "Zərbələrin məqsədi İran və onun müttəfiqlərinin Amerika qoşunları, kommersiya gəmiçiliyi və Fars körfəzinin qonşu ölkələri üçün yaratdığı təhdidləri daha da azaltmaqdır". Qurum xatırladıb ki, iyulun 28-də SEPAH qüvvələri Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı İrandan bir neçə ballistik raket atıb. Məlumatda bütün raketlərin zərərsizləşdirildiyi qeyd olunur. CENTCOM əlavə edib ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi dislokasiya olunub.
İyulun 12-dən 24-dək ABŞ İran ərazisindəki hərbi obyektlərə gecə zərbələri endirib. Amerika hərbçiləri bu zərbələrin məqsədinin İranın SEPAH tərəfindən hücuma məruz qalan Hörmüz boğazındakı kommersiya gəmiçiliyinə təhdid yaratmaq qabiliyyətini zəiflətmək olduğunu bildirib. İran da öz növbəsində qonşu ölkələrin ərazisinə zərbələr endirərək, hədəfin Amerika hərbi bazaları olduğunu bəyan edib.
İyulun 24-dən sonra tərəflər iyulun 28-dək qarşılıqlı zərbələrdən çəkiniblər. "The New York Times" qəzetinin məlumatına görə, iyulun 24-də ABŞ prezidenti ali müşavirləri və kabinetinin əsas üzvləri ilə görüşərək İrana qarşı yeni genişmiqyaslı zərbələri təxirə salmaq barədə qərar qəbul edib. NYT-nin məlumatına görə, buna səbəb Yaxın Şərqdəki "Patriot" zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə vasitələri üçün raket ehtiyatlarının tükənməsi perspektivi, habelə dünya enerji və iqtisadi böhranı təhlükəsi olub.
İyulun 28-də ABŞ zərbələri Səudiyyə Ərəbistanının silahlı qüvvələri ilə birlikdə endirib. CENTCOM bəyan edib ki, bu əməliyyat son 72 saat ərzində baş verən 30-dan çox PUA hücumuna cavab olub.
Almaz Həsənli


































.jpg)

















































