ABŞ və Fransa Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməkdə kömək edib

ABŞ və Fransa Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməkdə kömək edib

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın dərinliklərinə zərbələr endirən Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrinə ABŞ və Fransa tərəfindən təqdim edilən kəşfiyyat məlumatları hədəfləri daha dəqiq seçməyə kömək edib. Oxuməni az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və Fransa məlumatlarının köməyi ilə ukraynalı planlaşdırıcılar Rusiya enerji sisteminin ətraflı xəritəsini yaradıb və orada sistemin böyük hissələrinin dayanmasına səbəb ola biləcək kritik qovşaqları müəyyən ediblər. FT-yə danışan USQ mənbəsi bildirib ki, Ukrayna dronları indi məhz bu qovşaqları, eləcə də əvəz edilməsi ən çətin olan avadanlıqları hədəf alır – bu, "məqsədyönlü və koordinasiyalı" bir strategiyadır.

PUA operatorlarının məlumatlarına və "Financial Times"ın peyk görüntüləri üzərində apardığı təhlilə əsasən, Ukraynanın pilotsuz sistemlər qüvvələri eyni kritik avadanlıqlara təmir işləri başa çatmamış dəfələrlə zərbələr endirməyə başlayıb ki, bu da obyektlərin fəaliyyətinin bərpasını əngəlləyir. Bundan əlavə, qəzet ukraynalı hərbçilərə istinadən bildirir ki, ABŞ və Fransanın kəşfiyyat məlumatları USQ-yə Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərindən yan keçməyi öyrənməyə kömək edib. Qərb tərəfdaşlarından alınan məlumatlar onlara Rusiya HHM vasitələrinin yerləşdiyi ərazilərin xəritəsini tərtib etməyə və dronların bu sistemlərdən yan keçərək Rusiyanın dərinliklərindəki hədəflərə çatmasını təmin edən marşrutları müəyyənləşdirməyə imkan verib.

Son günlər Ukrayna hərbçiləri Rusiyanın enerji obyektlərinə bir neçə PUA zərbəsi endirib. Belə ki, iyulun 20-də Moskva vilayətinin Podolsk şəhərindəki neft bazası, iyulun 25-də isə daha əvvəl də PUA hücumlarına məruz qalmış Tümen neft emalı zavodu vurulub.

Almaz Həsənli