İran Küveytdəki bazada anqarları və rabitə sistemlərini vurub
İran ordusu Küveytdəki Əhməd əl-Cabir aviabazasında qırıcı təyyarələr üçün nəzərdə tutulmuş anqarlara, peyk rabitə sistemlərinə və avadanlıq anbarlarına zərbələr endirdiyini bəyan edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.
Hücum bir neçə saat əvvəl kamikadze dronları vasitəsilə həyata keçirilib. İran hərbçiləri ABŞ ilə qarşılıqlı zərbələr fonunda cavab tədbirlərini davam etdirirlər.
Əhməd əl-Cabir aviabazası ABŞ-ın regiondakı əsas hərbi bazalarından biridir. Baza qırıcı təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə olunur.
İran ordusunun məlumatında Amerika texnikasına ziyan dəyib-dəymədiyi dəqiqləşdirilmir. Həmçinin, xəsarət alanların olub-olmadığı barədə də məlumat yoxdur.
Bundan əvvəl SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) İordaniya və Küveytdəki Amerika obyektlərinə zərbələr endirdiyini bəyan etmişdi. Tehran bu hərəkətləri ABŞ-ın hücumlarına cavab adlandırır.
Pentaqon hələlik insidentlə bağlı şərh verməyib. Regionda gərginlik yüksək olaraq qalır.
Almaz Həsənli


















.jpg)

















































.jpg)















