Ukrayna Polşaya MiQ-29 qırıcı təyyarələri ilə dron mübadiləsi təklif edib
Ukrayna Polşaya MiQ-29 qırıcı təyyarələri müqabilində dronların ötürülməsini təklif edib. Varşava artıq Kiyevdən xüsusi təklif alıb və onu təhlil edir və mümkün razılaşma barədə qərar yaxın bir neçə həftə ərzində verilə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Paulina Sobkovyak-Çarneçka bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqlara qayıdıb və Varşavaya ətraflı mübadilə təklifi göndərib. Polşa tərəfi hazırda Kiyevin qırıcı təyyarələr müqabilində verməyə hazır olduğu dronların siyahısını nəzərdən keçirir. Təhlil başa çatdıqdan sonra son qərarı Polşa Baş nazirinin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış verəcək.
Sobkovyak-Çarneçka danışıqların uzanmayacağına və yaxın həftələr ərzində qərar veriləcəyinə ümid etdiyini bildirib. O, həmçinin tərəflərin hazırda təyyarə təmiri üçün maliyyələşdirməni müzakirə etmədiyini də açıqlayıb. Onun sözlərinə görə, mübadilə formatı gündəmdədir.
"Biz MiQ-ləri, Ukrayna tərəfi isə dronları təhvil verir. Əgər Ukrayna bu təyyarələri modernləşdirmək istəyirsə, biz kömək etməyə hazırıq. Amma hazırda masada bu təklif var - dronlar müqabilində MiQ-lər", - Polşa Müdafiə Nazirinin müavini bildirib.
Əziz MUSTAFA


















.jpg)



















































.jpg)













