Xerson bölgəsinə  PUA hücumundan sonra elektrik enerjinisinin verilməsi qismən dayandırılıb

Xerson bölgəsinə PUA hücumundan sonra elektrik enerjinisinin verilməsi qismən dayandırılıb

12:15
Bəyəndim (1) Bəyənmədim (0)


Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının hücumundan sonra Xerson vilayətinin bir neçə rayonu elektrik enerjisi ilə təmin olunmayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo özünün Telegram kanalında bildirib.

Cənab Saldonun sözlərinə görə, elektrik enerjisinin tez biz zamanda bərpası üçün energetiklər və təcili yardım xidmətləri hadisə yerində işləyir.

Xerson vilayəti mütəmadi olaraq Ukraynadan atəşə məruz qalır. Bir gün əvvəl qubernator bir gecədə 40 pilotsuz təyyarənin məhv edildiyini bildirdi. Hücum nəticəsində 5 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb.
Əziz Mustafa