Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb
Pakistanda Broud Pik (8047 m) dağında qar uçqunu nəticəsində ən azı 10 nəfər itkin düşüb. Onların arasında dünyanın bütün 14 səkkizminlik zirvəsini fəth etmiş tanınmış alpinist Nirmal Purja (Nimsdai) da var. Oxuməni az xəbər verir ki, bu barədə “The Tourism Times” nəşri ekspedisiya nümayəndələrinə istinadən məlumat verib.
Seven Summit Treks şirkətinin ekspedisiya rəhbəri Çhanq Davanın sözlərinə görə, Purjadan başqa, itkin düşənlər arasında Rusiya əsilli ABŞ vətəndaşı, bir çinli və bir omanlı alpinist, iki pakistanlı bələdçi və dörd şerpa da var.
Pakistan Alpinizm Klubu bildirib ki, hava şəraiti imkan verən kimi helikopterlər və mövcud olan bütün xilasetmə qüvvələri səfərbər ediləcək. Klub rəhbərliyi təcili axtarış-xilasetmə əməliyyatının koordinasiyası üçün aidiyyəti dövlət qurumları ilə daimi əlaqə saxlayır.
Rəsmi məlumata görə, qar uçqunu iyulun 30-da, cümə axşamı günü, komanda 2-ci düşərgədən 3-cü düşərgəyə zirvə yürüşü üçün hərəkət edərkən baş verib. Həmin vaxtdan etibarən alpinistlərlə əlaqə kəsilib.
Bununla belə, Elite Exped şirkətinin həmtəsisçisi Minqma Gyabu bildirib ki, Nirmal Purjanın GPS izləmə cihazı hələ də hərəkət qeydə alır.
Almaz Həsənli


















.jpg)





















































.jpg)











