ABŞ İrana qarşı dəniz blokadasının başlanmasından bəri 35 gəminin istiqamətini dəyişdirib
ABŞ İrana qarşı dəniz blokadasının bərpasından bəri ABŞ hərbi personalı 35 ticarət gəmisinin istiqamətini dəyişdirib. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də elan edib.
Agentliyin məlumatına görə, bu müddət ərzində ABŞ qüvvələri iki gəmini sıradan çıxarıb və daha iki gəmini saxlayaraq boğazdan keçməyə qoymayıb. ABŞ Dəniz Piyadaları Korpusunun F-35C gizli qırıcı təyyarəsi blokadanı tətbiq etmək üçün havaya qaldırılıb.
ABŞ 14 iyulda İran limanlarının dəniz blokadasını yenidən tətbiq edib. Blokada əvvəllər 13 apreldən 18 iyuna qədər qüvvədə idi. Həmin iki aylıq dövrdə CENTCOM 142 gəminin istiqamətləni dəyişdirib və doqquz gəmini sıradan çıxarıb. 29 iyulda ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə 20-dən çox Amerika hərbi gəmisinin yerləşdiyini bildirib.
Əziz Mustafa



























































.jpg)























