Çində asteroidi nüvə silahı ilə məhv etməyin ən effektiv yolu tapılıb

Çində asteroidi nüvə silahı ilə məhv etməyin ən effektiv yolu tapılıb

10:26
Bəyəndim (1) Bəyənmədim (0)

Çin Raket Texnologiyaları Akademiyasının (CALT) bir qrup tədqiqatçısı Yer üçün təhlükə yaradan iri asteroidləri zərərsizləşdirmək üçün iki mərhələli üsul təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

İdeya ondan ibarətdir ki, əvvəlcə metal mərmi vasitəsilə asteroiddə dərin bir krater açmaq, daha sonra isə kosmik aparatla oraya nüvə başlığı çatdıraraq idarə olunan partlayış törətmək lazımdır.

"Space: Science & Technology" jurnalında dərc olunan hesabatda qeyd olunur ki, modelləşdirmə 3 meqaton gücündə (təxminən Xirosimaya atılan 200 bombaya bərabər) partlayışın diametri təxminən 100 metr olan asteroidi tamamilə məhv edə biləcəyini göstərib. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, partlayıcı qurğunu səthdən 30 metr dərinliyə yerləşdirmək, səthi partlayışla müqayisədə asteroidin trayektoriyasını dəyişdirmək effektini üç dəfədən çox artıra bilər. Bu da həmin üsulu göy cisminin istiqamətini dəyişmək üçün daha effektiv edir.

Almaz Həsənli