Lixtenşteyn genişmiqyaslı kiberhücuma məruz qalıb
Lixtenşteyn Knyazlığı genişmiqyaslı haker hücumuna məruz qalıb. Oxuməni.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Kiberhücumun hədəfi Lixtenşteynin benefisiar mülkiyyətçilərinin dövlət reyestri olub. İyulun 30-na keçən gecə cinayətkarlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aparılan reyestrə qanunsuz giriş əldə ediblər. Nəticədə 31 minə yaxın hüquqi şəxsin məlumatları ələ keçirilib.
Lixtenşteyn hökuməti vurğulayıb ki, reyestrdə hər hansı məlumatın dəyişdirilməsi və ya silinməsi əlamətləri yoxdur. Hadisə ilə əlaqədar böhran qrupu yaradılıb.
Almaz Həsənli
Digər xəbərlər


























































.jpg)
























