İran Trampın ABŞ ilə danışıqlar barədə bəyanatını təkzib edib
ABŞ prezidenti Donald Trampın Vaşinqton və Tehranın danışıqlara başlayacağı barədə bəyanatı həqiqəti əks etdirmir. Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Baqai mətbuat konfransı zamanı məlumat verib.
"Hazırda ABŞ ilə heç bir danışığımız yoxdur. Hazırda Omanla danışıqlar aparılır", - deyə iranlı diplomat bildirib.
O, İslam Respublikası və Omanın Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etdiyini dəqiqləşdirib.
Xatırladaq ki, bir gün əvvəl Amerika lideri ABŞ və İranın avqustun 3-də danışıqlar aparacağını elan etmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton və Tehran guya Hörmüz boğazı ilə bağlı razılığa gəliblər. Tramp həmçinin İslam Respublikasına kütləvi zərbə endirməkdən imtina etdiyini xatırladaraq, bu qərarı Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə verdiyini izah edib.
Almaz Həsənli






























































.jpg)




















