Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: 4 nəfər yaralanıb

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: 4 nəfər yaralanıb

07:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qara dənizdə Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan NADHEZNA Ro-Ro gəmisinə dron hücumu edilib. Hücum nəticəsində üçü türk olan dörd heyət üzvü yaralanıb və gəmidə yanğın baş verib. Kapitan hücumda Ukraynanı günahlandırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.

Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz daşıyan Türkiyə Ro-Ro gəmisinə dron hücumu nəticəsində dörd heyət üzvü yaralanıb.

Məlumatlara görə, Qara dənizdə bir Türkiyə gəmisinə dron hücumu edilib. Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz daşıyan Türkiyə ro-ro gəmisinə dron hücumu nəticəsində yanğın baş verib. Hücum nəticəsində üçü türk olan dörd heyət üzvü yaralanıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət etdiyi və hücumun Novorossiyskdən 30 dəniz mili məsafədə baş verdiyi bildirilir.

Gəminin kapitanı Yalçın Şahin hücumda Ukrayna tərəfindən 6-7 drondan istifadə edildiyini bildirib. Şahin qeyd edib ki, onlar kömək gözləyirlər; hamı sağdır, lakin yaralananlar da var.

Hücumdan sonra baş verən yanğını ekipaj üzvləri söndürərkən, Rusiya dəniz qüvvələri ərazidə dronlar olduğuna görə kömək göstərmək üçün gəmiyə yaxınlaşmaqda çətinlik çəkiblər.

Əziz Mustafa