Gelencikə hava hücumu nəticəsində yeddi nəfər ölüb, 47 nəfər yaralanıb

Gelencikə hava hücumu nəticəsində yeddi nəfər ölüb, 47 nəfər yaralanıb

11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna dronları Gelencik yaxınlığındakı Arxipo-Osipovka kurort şəhərinə zərbələr endiriblər. Nəticədə şəhərdə dağıntılar baş verib, ən azı 7 nəfərin öldüyü, 47 nəfərin yaralandığı bildirilir. Oxuməni.az xəbər verir ki, bu barədə Kommersant.ru-nun yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, hazırda təcili yardım xidmətləri dron hücumunun nəticələrini aradan qaldırır. Məlumata görə şəhərə dron hücumu cəmisi 9 dəqiqə çəkib. Buna baxmayaraq hücum ağır nəticələrə gətirib çıxarıb. İlkin nəticələrdən məlum olub ki, ən azı yeddi nəfər ölüb və 47 nəfər yaralanıb. Hələlik dron hücumlarının nəticələri və zərbələrin hara endirildiyi barədə rəsmi açqlama verilməyib. Yalnız qeyd edilib ki, hücum nəticəsində mülki obyektlər zərər görüb.

iMer Aleksey Boqodistov Max kanalında sakinlərə səmadakı yüksək səslərin hava hücumundan müdafiə sistemləri tərəfindən yarandığı barədə xəbərdarlıq etdi. O, evdə qalmağı və ehtiyatlı olmağı tövsiyə etdi.

Əziz Mustafa