Özbəkistan xaricdən reaktiv yanacaq idxalına başlayıb
"Uzbekneftegaz"ın 2026-cı ilin birinci yarısındakı fəaliyyəti və şirkətin ilin qalan hissəsi üçün planları barədə hesabatla ictimaiyyəti tanış edib. Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Hesabatda qeyd edilir ki, ilk altı ayda şirkət 11,5 milyard kubmetr təbii qaz istehsal edib, neft, dizel yanacağı, reaktiv yanacaq və mayeləşdirilmiş qaz istehsal həcmi proqnozları üstələyib.
İlin sonuna qədər "Uzbekneftegaz" əlavə olaraq 1,1 milyon ton avtomobil benzini, 983 min ton dizel yanacağı, 310 min ton reaktiv yanacaq və 606 min ton maye qaz istehsal etməyi planlaşdırır.
Bundan əlavə, təxminən 1,18 milyon ton sintetik məhsul istehsalı nəzərdə tutulub.
Geosiyasi vəziyyətin pisləşməsi Mərkəzi Asiya üzərindən uçuşların sayının artmasına səbəb olur. Özbəkistana uçuşların sayı da 2025-ci illə müqayisədə artıb. Ölkənin reaktiv yanacaq tələbatının iyul-dekabr aylarında 375 min tona çatacağı gözlənilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% artım deməkdir. Bu tələbatın əsas hissəsinin yerli neft emalı zavodlarının məhsulları hesabına ödəniləcəyi gözlənilir.
Eyni zamanda, Özbəkistan Gürcüstan və İraq da daxil olmaqla alternativ mənbələrdən aviasiya kerosini tədarükünü təşkil edib. Bu, bəzi tərəfdaş ölkələr tərəfindən neft məhsulları ixracına qoyulan məhdudiyyətlərlə bağlıdır.
Əziz Mustafa



















































































