Zaporojyedəki sənaye müəssisəsi Rusiya hücumundan sonra yanğına məruz qalıb

Zaporojyedəki sənaye müəssisəsi Rusiya hücumundan sonra yanğına məruz qalıb

10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya qoşunları 4 avqust çərşənbə axşamı səhər Zaporojyedəki sənaye müəssisəsinə zərbələr endiriblər, nəticəsdə ərazidə yanğın baş verib. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəisi İvan Fedorov öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə şəhərin sənaye obyektlərindən birinə dəyib və bundan sonra orada yanğın baş verib. İlkin məlumatlara görə, hücum zamanı heç kim xəsarət almayıb. Təcili yardım xidmətləri hücumun nəticələrinin aradan qaldırılması üçün hadisə yerində işləyir. Zərər və digər mümkün nəticələr barədə məlumatlar dəqiqləşdirilir.

Daha əvvəl Rusiya qoşunlarının Zaporojyedəki yanacaqdoldurma məntəqəsinə dronla hücum etdiyi bildirilirdi. Zərbə nəticəsində üç nəfər yaralanıb.

Əziz Mustafa