Danimarka şahzadəsi hərbi xidmətə başlayıb

Danimarka şahzadəsi hərbi xidmətə başlayıb

10:48
Bəyəndim (1) Bəyənmədim (0)

Danimarka şahzadəsi İzabella hərbi xidmətə başlayıb. Bu barədə Oxuməni az "BT" qəzetinə istinadən xəbər verir.

"Şahzadə İzabella bazar ertəsi Slagelsedəki Antvorskov kazarmasına gəlib. O, burada Qvardiya Hussar alayında 11 aylıq hərbi xidmət keçəcək", - deyə məlumatda bildirilir.

Nəşr əlavə edib ki, İzabella 8,3 min kron məbləğində yaşayış müavinətindən və 9 min kronluq maaşdan imtina edib. Şahzadə beş ay davam edən baza hazırlığı keçəcək, bundan sonra altı ay müddətində döyüş və praktiki hazırlıq mərhələsinə keçəcək.

Jurnalistlər qeyd ediblər ki, daha əvvəl şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristian da Qvardiya Hussar alayında xidmət edib.

Danimarka ordusunda xidmət müddətinin uzadılması ilə bağlı qərar ölkə parlamenti tərəfindən 2024-cü ildə qəbul edilib və 2026-cı ildə qüvvəyə minib. Əvvəllər bu müddət dörd ay təşkil edirdi. Bu il ümumilikdə 1,6 min nəfər hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, yeni çağırış tarixdə ilk dəfə olaraq Qrenlandiyaya hərbi qulluqçuların göndərilməsinə hazırlıq fonunda keçirilir. Orada 100-dən çox çağırışçı peşəkar ordunun operativ tapşırıqlarını öz üzərinə götürəcək.

Almaz Həsənli