Rusiyada daha bir Wildberries anbarı yanır
Tula bölgəsindəki Wildberries anbarına dron hücumundan sonra böyük yanğın baş verdi. Yerli sakinlər dramatik görüntülər paylaşırlar.
Çərşənbə axşamı gecəsi Rusiyanın Tula bölgəsindəki Aleksin şəhərindəki Wildberries anbarında yanğın baş verdi. Oxuməni.az xəbər verir ki, bu barədə bir neçə Telegram kanalı yerli sakinlərə istinadən məlumat yayıb.
Dərc olunmuş görüntülərdə nəhəng alov və tüstü sütunu görünür.
Xatırladaq ki, dünən gecə Moskva vilayətinin Çexov şəhərindəki və Leninqrad vilayətinin Krasnıy Bor kəndindəki Wildberries anbarlarına dronlar hücum edib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Tosnenski rayonunun Krasnı Bor kəndi yaxınlığındakı anbar sahəsinə dəyən ziyanı təsdiqləyib. Krasnı Borda bir neçə logistika kompleksi, o cümlədən 154.000 kvadrat metr sahəni əhatə edən Wildberries obyekti yerləşir.
3 avqust gecəsi Rusiyanın Vladimir vilayətinin Xryastovoye kəndindəki Wildberries logistika mərkəzinə dronlar hücum edib, böyük yanğın baş verib.
Əziz MUSTAFA



















































































