Upir FPV dronlarını istehsal edən zavodun baş direktorunun  maşını partladılıb - Video

Upir FPV dronlarını istehsal edən zavodun baş direktorunun maşını partladılıb - Video

20:11
Bəyəndim (1) Bəyənmədim (0)


Upir FPV dronlarını istehsal edən Uraldronzavod şirkətinin baş direktoru və müharibə tərəfdarı olan Rusiya Telegram kanalı "Obsessed with War"ın müəllifi Vladimir Tkaçuk Yekaterinburq yaxınlığında maşınında partladılıb.

Bu barədə Oxuməni.az Rusiya mediasına istinadən məlumat yayıb.

Partlayışın 5 avqust səhəri Yekaterinburq yaxınlığındakı Sisertski rayonunun Bolşoy İstok kəndində baş verdiyi bildirilir. Partlayışa Mercedes-Benz avtomobilinin altına qoyulmuş partlayıcı qurğunun partlaması səbəb olub. Tkaçukun sürücüsü/mühafizəçisi hadisə yerində ölüb, bloqqerin özü isə təcili yardımla xəstəxanaya aparılıb. Onun ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir. Rusiya mediasının məlumatına görə, Tkaçukun maşına minməyə vaxtı olmayıb və buna görə də sağ qalıb. Rusiya müstəntiqləri qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıblar.

Xatırladaq ki, iyul ayında Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində yerli administrasiya işçilərini daşıyan avtomobil partladılıb. Ruslar bunun "planlaşdırılmış əməliyyat" olduğunu iddia edirlər.

Daha əvvəl Moskva yaxınlığında Rusiya ordusu üçün sursatdan məsul olan polkovnik partladılıb.

Əziz MUSTAFA