NATO Baş Katibi Zelenskiyə hava hücumundan müdafiə vasitələri ilə bağlı kömək vəd edir

NATO Baş Katibi Zelenskiyə hava hücumundan müdafiə vasitələri ilə bağlı kömək vəd edir

07:56
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Baş Katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskiyə müttəfiq ölkələri ilə Ukrayna üçün hava hücumundan müdafiə vasitələrinin axtarışını müzakirə etdiyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in yaydığı məlumatda deyilir. Rutte telefon danışığı zamanı Ukrayna liderinə bildirib ki, "NATO ölkələri ilə Ukraynaya təcili ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələrini necə təmin etməyə davam edə biləcəyimizi müzakirə edirəm".

İyul ayında Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildiriblər ki, AB və NATO-nun müdafiə istehsal gücü Ukraynaya dəstək və Yaxın Şərqdəki münaqişə səbəbindən artan tələbata cavab verə bilmir və bu da onların hərbi ehtiyatlarına əlavə yük yaradır.

5 avqustda Zelenski Qərb tərəfdaşlarını hava hücumundan müdafiə üçün tutucu raketlərin çatdırılmasında gecikmələrə görə tənqid etdi. O, iddia edib ki, gecikmələr Ukraynanın dünən gecə bir dənə də olsun raketi vurmamasının səbəbidir. Ukrayna prezidenti tərəfdaşlarını ya silah təhvilini sürətləndirməyə, ya da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı.

Əziz Mustafa