Şimali Karolinada silahlı hücum: Çoxlu sayd ölü və yaralı var

Şimali Karolinada silahlı hücum: Çoxlu sayd ölü və yaralı var

08:06
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Karolinanın Prospect Hill bölgəsində baş verən silahlı hücumda bir neçə nəfər ölüb və ya yaralanıb. Genişmiqyaslı araşdırma başlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Reuterss-in yaydığı məlumatda deyilir.

Şimali Karolina Dövlət Təhqiqat Bürosunun sosial media hesabında dərc edilən açıqlamada silahlı hücumun bu səhər Şimali Karolinanın şimalındakı Caswell qraflığının Prospect Hill bölgəsində baş verdiyi bildirilir.

Qeyd edilir ki, ərazidə çoxlu sayda insanın güllələnərək öldürüldüyü və Caswell qraflığı Şerif Ofisinin hadisə ilə əlaqədar dövlət orqanlarından kömək istədiyi bildirilir. Açıqlamada hücumda çoxlu insanın öldüyü vurğulanır və yaralıların olduğu da qeyd olunur.

Bəyanatda qeyd olunur ki, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlanıb.

Əziz Mustafa