NASA "Falcon 9" raketinin pilləsinin Aya düşdüyünü təsdiqləyib

NASA "Falcon 9" raketinin pilləsinin Aya düşdüyünü təsdiqləyib

14:56
Bəyəndim (0) Bəyənmədim (0)

NASA tədqiqatçısı Kelsi Yanq "Falcon 9" raketinin ikinci pilləsinin Aya düşdüyünü təsdiqləyib. Oxuməni.az xəbər verir ki, onun bəyanatı ilə bağlı video "Reuters" agentliyi tərəfindən yayımlanıb.

"Çərşənbə günü səhər erkən "Falcon 9" raketinin yuxarı pilləsi gözlənilmədən Ayın səthinə düşüb", - deyə Yanq bildirib.

Avropa Cənub Rəsədxanası "Reuters"ə raket pilləsinin düşdüyünü təsdiqləyərək, bunun raket komponentlərinin qırıqları və Ay torpağından ibarət toz buludunun yaranmasına səbəb olduğunu qeyd edib.

Avqustun 5-də, çərşənbə günü "BBC" "SpaceX" şirkətinə məxsus ağır "Falcon 9" raketinin pilləsinin Aya çırpıldığını xəbər verib.

Qeyd edək ki, 2025-ci ilin yanvarında buraxılan raket iki kommersiya eniş modulunu Yer kürəsinin təbii peykinə çatdırıb, bundan sonra yanacağı tükənərək qeyri-sabit orbitdə qalıb və Ayın cazibə qüvvəsinin təsirinə düşüb.

Almaz Həsənli