Ukrayna 2026-2027-ci illərdə NATO-dan 140 milyard (70 milyard dollar hər il üçün) dollar alacaq
NATO-ya üzv ölkələr 2026-cı ildə Ukraynaya hərbi texnika, yardım və təlim üçün 70 milyard avro ayıracaq və 2027-ci ildə də ən azı eyni məbləğdə vəsait ayırmağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilib.
Bu günə qədər on minlərlə Ukrayna hərbçisi NATO-ya üzv dövlətlərin həyata keçirdiyi proqramlarda iştirak edib. NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Təlim Təşəbbüsü (NSATU) bu səyləri əlaqələndirməyə kömək edir. Alyans boyu Ukrayna hərbçiləri müxtəlif istiqamətlərdə - döyüş taktikası, tibbi yardım, hava hücumundan müdafiə üzrə təlim keçir.
"İndi Ukraynada dəstək üçün vahid koordinasiya mexanizmi var. Bizim lazımi imkanlarımız, təcrübəmiz var. Təlim, texniki xidmət, avadanlıqla təminat. Təbii ki, Ukrayna qüvvələrinə dəstək verməklə onlara kömək edirik ki, diqqətlərini birbaşa döyüş əməliyyatlarına yönəldə bilsinlər", - NSATU komandirinin müavini general-mayor vurğulayıb.
Əziz MUSTAFA




















































































