İran parlamentinin spikeri ABŞ-ı "teatr diplomatiyası"nda ittiham edib

İran parlamentinin spikeri ABŞ-ı "teatr diplomatiyası"nda ittiham edib

10:20
Bəyəndim (1) Bəyənmədim (0)

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Tehranı saziş bağlamağa məcbur etmək üçün təzyiq göstərməkdən ibarət strategiyasını uğursuz adlandırıb. Oxuməni.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Genişmiqyaslı hücum yaxınlaşır... gözləyin, fikir verməyin, onlar danışıqlar aparmaq istəyirlər". Teatr diplomatiyası təkrarlanır", - deyə Qalibaf yazıb.

İranlı rəsmi Vaşinqtonu təzyiq vasitəsi kimi "hədə-qorxu, yerinə yetirilməmiş vədlər və saxta xəbərlərdən" istifadə etməkdə ittiham edib.

Qalibaf Amerika tərəfini faktları qəbul etməyə və öhdəliklərini yerinə yetirməyə çağırıb. "Bizə daha çox teatr lazım deyil", - deyə o vurğulayıb.

Almaz Həsənli