Bütün ermənilərin katolikosu məhkəmə qarşısına çıxarılacaq

Bütün ermənilərin katolikosu məhkəmə qarşısına çıxarılacaq

15:02
Bəyəndim (1) Bəyənmədim (0)

Bütün ermənilərin katolikosu və Ali Dini Şuranın altı üzvü cümə günü Ermənistan və erməni kilsəsi tarixində ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopa qarşı açılmış cinayət işi üzrə ilkin dinləmələr avqustun 7-də Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.

Erməni Apostol Kilsəsinin rəhbərinə qarşı cinayət işi fevral ayında keçmiş din xadimi Arman Saroyanla bağlı məhkəmə aktının icrasına maneçilik törətmək ittihamı ilə açılıb. II Qareginin ölkədən çıxışına qadağa qoyulub.

İstintaqın versiyasına görə, mübahisə katolikosun Saroyanı yeparxiya rəhbəri vəzifəsindən azad etdikdən və onu rütbəsindən məhrum etdikdən sonra yaranıb. Saroyan bu qərardan məhkəməyə şikayət edib, bundan sonra kilsə onun fəaliyyətinə mane olmamağa məcbur edilib.

Din xadimlərinin vəkili Ara Zoqrabyan bildirib ki, bu iş dövlətin kilsənin daxili işlərinə müdaxiləsidir və vicdan azadlığı məsələsinə toxunur.

Ermənistan parlamentinin müxalifət fraksiyaları avqustun 7-də parlamentin iclasında iştirak etməyəcəklərini və katolikosla yepiskoplara dəstək üçün məhkəmədə iştirak etmək niyyətində olduqlarını bəyan ediblər.

Almaz Həsənli